Xəbər lenti

ABŞ prezidenti Rusiya Xarici İşlər Naziri Lavrovu bu gün Ağ Evdə qonaq edir.
Ovqat.com Moderator.az istinadənxəbər verir ki, baş tutacaq görüş Trampın vəzifəyə başladıqdan sonra bir Rus dövlət rəsmisi ilə edəcəyi ilk böyük görüş olacaq.
Müzakirə olunacaq mövzular arasında Suriyadakı təhlükəsizlik zonasi razılaşması ilk sıradadir. Görüş Amerikada Rusiya ilə bağlı davam edən müzakirələrin FBI Başçısı Comeynin qovulması ilə qızışdığı bir zamana təsadüf etməsi baxımından da əhəmiyyət daşıyır.
Dörd il sonra ilk dəfə Vaşinqtonun ziyarət edən Rus xarici işlər naziri Lavrov, ABŞ-lı həmkarı Rex Tillerson ilə də bir araya gələcək.
Görüşlər Amerikada Rusiya ile bağlı davam edən müzakirələrin hararetlendiği bir zamana bərabər gəlməsi baxımından da əhəmiyyət daşıyır.
Lavrovun Washington ziyarətində Türkiyə, İran və Rusiya arasında əldə olunan Suriyadakı təhlükəsizlik zonasi razılaşmasının da gündəmə gəlməsi gözlənilir. Amerika Birləşmiş Ştatları Qazaxıstanın paytaxtı Astanada imzalanan bu razılaşmaya tərəf deyil. Washington, İranın garant olması səbəbindən bu razılaşmaya olduqca məsafəli yanaşır.

 




Ana səhifəyə qayıt        Baxış: 848          Tarix: 10-05-2017, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma