İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir.
Trend-in məlumatına görə, bunu ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Deniel Kouts Senatın Konqresində kəşfiyyat üzrə xüsusi komitədə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
D.Kouts bildirib: "İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir və ölkə sərhədlərindən 2 min kilometr məsafədə olan hədəflərə zərbələr endirə bilər".
Direktor vurğulayıb ki, Tehranın belə hərbi potensialı ABŞ, onarın regionda olan qoşunları və mütəffiqləri üçün təhlükəlidir.
Onun sözlərinə görə, İran regionda ABŞ-ın və müttəfiqlərinin hərbi obyektlərini hədəf altında saxlamaq üçün silah sistemini gücləndirməyə davam edir.
Milli Kəşfiyyat Agentliyinin direktoru İranı regional təhlükələrə aid edib.
Paylaş: