Xəbər lenti

Türkiyə Əfqanıstanda “Fətullah Gülən təşkilatı ilə bağlı” 12 məktəbin nəzarətini ələ alıb.

Bundan sonra sözü gedən əfqan-türk məktəblərinin Türkiyənin Maarif dövlət fondu tərəfindən idarə olunacağı bildirilir. Əfqan şagird və valideynlər bu qərara qarşıdırlar. Əfqan Türk CAG təhsil QHT-sinə (ATCE) aid məktəblərə nəzarətin bu təşkilatdan alınması Ankaranın Fətullah Gülən təşkilatına qarşı kampaniyasının bir hissəsi kimi qiymətləndirilir.

Ankara Güleni 2016-cı il çevriliş cəhdinin təşkilatçısı olmaqda ittiham edir. ABŞ-da yaşayan din xadimi Gülen bu ittihamları rədd edir.

Müstəqil olduğunda israr edən ATCE 1995-ci ildən bəri Kabil, Məzari-Şərif, Qəndəhar və Herat da daxil olmaqla, Əfqanıstanın bir neçə şəhərində məktəblərə malik idi. Fevralın 26-da Kabildə keçirilən təhvil-təslim mərasimində Türkiyə və Əfqanıstanın təhsil nazirləri İsmet Yılmaz və Məhəmməd İbrahim Şinvari iştirak ediblər.

Nəzarətin Ankaraya verilməsi müqabilində Türkiyə Əfqanıstanda yeni məktəblərin açılmasına, yeni, daha hazırlıqlı müəllimlərin gətirliməsinə, təhsil haqqının azaldlılmasına və daha çox əfqana Türkiyədə ali təhsil verilməsinə dair öhdəlik götürüb.

strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 456          Tarix: 27-02-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma