"Rusiya prezidenti Vladimir Putinin Şərqi Qutada əhalinin təxliyyə edilməsi ilə bağlı açıqlaması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təxminən bir ay əvvəl tələb etdiyi məsələ idi. 700 nəfər mülki şəxsin müalicəsi üçün Türkiyəyə gətirilməsi təklif olunurdu. Həmin mülki şəxslərin çıxarıldığını dedilər. Lakin onlar Türkiyəyə gəlmədi, bizə dedilər ki, Cənubi Şama göndəriliblər".
Bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Türkiyə tərəfinin ilk tələbi həmin şəxslərin ölkəyə gətirilməsi olsa da, Cənuba getdiklərinə dair xəbər verilib: “Onlar Türkiyəyə gəlmədiyi üçün xüsusi olaraq bu barədə məlumat yaymadıq. Çünki Türkiyəyə gəlmələrini gözləyirdik. Amma cənab Putin bunu indi açıqlayır”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən gün jurnalistlərə açıqlamasında Şərqi Qutada əhalinin təxliyyə edilməsinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələyə müdaxiləsindən sonra mümkün olduğunu bildirib/Teleqraf.com
Paylaş: