Xəbər lenti
13-09-2025, 19:48

“YPG Menbiçdən çıxan kimi, ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək”.

Bunu Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, martın 19-da Suriya məsələsi ilə bağlı "Yol xəritəsi" müəyyənləşdiriləcək: "YPG  Menbiçdən çıxandan sonra ABŞ və Türkiyə hərbçiləri bölgədə təhlükəsizliyi birlikdə təmin edəcək. ABŞ-ın YPG-yə verdiyi silahların hamısını geri ala bilməyəcəyimizi bilirik. Onların bəziləri köhnəlib, bəziləri itib. Ancaq ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl demişdi ki, həmin silahları terrorçulardan geri alacaqlar. ABŞ-Türkiyə işçi qrupunda verilən bu vədə necə əməl olunduğunu görəcəyik”.

Qeyd edək ki, martın 19-da Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşəcək.

Həmin görüşdə Suriya məsələsi müzakirə ediləcək/Report. 

 




Ana səhifəyə qayıt        Baxış: 836          Tarix: 13-03-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma