Xəbər lenti

Leonid Berşidski

“Bloomberg”

 

Böyük Britaniya KİV-lərində hazırda ən məşhur olan fərziyyə sabiq kəşfiyyat polkovniki Sergey Skripal və qızı Yuliyanı məhz rus casuslarının zəhərləməsidir. Bu, heç kim üçün təəccüblü deyil. Rus kəşfiyyatının xainlərdən qisas alması, 2006-cı ildə polonium ilə zəhərlənmiş Aleksandr Litvinenkonun başına gələnlərdən sonra geniş məlumdur.

Skripalın ölümü bu praktikanın bir hissəsidirsə, Rusiyanın yazılı olmayan casus oyun qaydalarını pozmasında iki şey diqqəti çəkir: birincisi, Skripal məhkum olunmuş və Böyük Britaniyaya satılmışdı; ikincisi, o, qızı ilə birlikdə hədəfə alınmışdı.

2010-cu ildə sabiq polkovnik Qərbə gələrkən, casus mübadiləsində olan dörd nəfərdən biri idi. ABŞ da 10 rusiyalı "yatmış casusu" azadlığa buraxdı. Soyuq müharibə dövründə Qərb və Sovet İttifaqı, habelə onun peykləri arasında ən azı bir çox casus dəyişikliyi olmuşdu, amma Vladimir Putin dövründə bu, ilk idi.

Qərbə “satılan” insanların heç biri öldürülməyib. Mübadilələr başlayandan.

Casuslara ödənilən pul və ya mənəvi təzminat mənfur rejimə qarşı bu işin təhlükə riskini kompensasiya etmək üçün kifayətdirmi!? Hətta işlədiyiniz tərəfin sənin qayğına qalacağı barədə vədi ömrünüzün qalan hissəsində sizi çiyniniz üzərindən boylanmağa məcbur edəcək. Ancaq dəyişdirmə dinc pensiya təminatının bir zəmanəti idi. Artıq bu vəziyyət yoxdursa, bu, casusların qiymətini artırır və çuğulçuluğu mənasız edir.

Soyuq müharibə dövründə mübadilənin tətbiqinə başlandıqdan, Putin və ya onun casus komandirləri cəzasını rus həbsxanasında çəkəndən sonra keçmiş casusa niyə qəsd etsin ki? Həm də Böyük Britaniyada?

Güman ki, Skripal Britaniya kəşfiyyatı üçün işləməyə davam edib. Lakin Rusiya hökuməti Böyük Britaniyaya ilə qarşıdurma yaratmadığından, heç nəyi etiraf etmədiyindən, ehtimal ki, baş verən hadisənin səbəbini heç vaxt bilməyəcəyik.

Skripalın qızı Yuliya məsələsi. Xainlərin qohumlarına hücum etmək heç vaxt Sovet ölkəsi və Rusiyada tətbiq edilməyib. Lev Trotskinin oğlu Lev Sedovun 1938-ci ildə başına gələn hadisə aydın şəkildə sui-qəsd deyil. Həm də ailələrin "girov" kimi tanınmasına da nümunə yoxdur.

Sovet İttifaqı və Rusiyada intiqam – həmişə vendetta kimi deyil, praqmatik idi.

Bütün bunlar ənənəvi müdrikliyə gətirib çıxarır: şübhələnmək üçün gerçək faktlar olmalıdır.

Amma bu, təcrübəli analitiklərin ilkin nəticələrinə maneə olmayacaq.

Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi Mark Qaleotti məlum hadisəni Rusiyanın köhnə casusluq etikasında qayda pozuntusu kimi dəyərləndirib. O, Rusiyanın daxili kəşfiyyat xidməti olan FSB-nin getdikcə daha çox xaricdə fəaliyyət göstərdiyini və köhnə qaydalara əməl etmədiyini vurğulayıb, çünki FSB, ümumiyyətlə, evdə də qaydaları tanımır.

Hücum əmrinin Kremlin tərəfindən verildiyi və ya verilmədiyini, yaxud kəşfiyyat xidmətində yeni bir “mədəniyyət”i əks etdirməsi Qərb kəşfiyyat xidmətlərinə çalışan və ya çalışacaq ruslara aydın ismarışdır: çiyinlərini üzəridən çevrilib geriyə baxmağı dayandırın.

Bu güclü mesajdır və onun əks tərəfi budur: Rusiyaya gizli işləyən hər kəs qardaşlarına xəyanət etsə, onların içkilərində zəhər olacaq və ya daha sərt “müalicə” gözlənilə bilər.

Kremlin belə bir riskə gedəcəyi – və Böyük Britaniyanın demək olar ki, labüd cavabı – yalnız təqaüdçü casuslara aiddirmi?

Hələ ki bir məsələ aydındır: Kremlin gözündən düşən hər kəs cəzalandırılacaq…

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 600          Tarix: 15-03-2018, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma