Xəbər lenti

Böyük Britaniyanın QRU-nun keçmiş zabiti Sergey Skripalın zəhərlənməsi ilə bağlı paylaşdığı faktlar aşağı sinif şagirdlərinin işlərinə bənzəyir.

Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova danışıb.

“Əlbəttə, şok oldu. Bunlar uşaq rəsmlərini xatırladır. Uşaqları belə öyrədirlər. Mən bunun nə olduğu bilmirəm. Mövzu barəsində yalnız Baş nazir Tereza Meyin səsləndirdiyi həmin tezislərin istifadə edildiyi bu təqdimat kompüteri yenicə mənimsəyən aşağı sinif şagirdləri səviyyəsində hazırlanıb. Cəmi 6 səhifədir və bu səhifələrdən biri elə təqdimatın adıdır. Hər hansı bir informasiyadan söhbət gedirsə, onda belə səhifələrin sayı 5-dir. Sadəcə, bu 5 səhifə də mətn deyil, şəkildən ibarətdir”, – Zaxarova bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Böyük Britaniyanın Moskvadakı səfirliyində Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı təqdimat təqdim edilib/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 382          Tarix: 29-03-2018, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma