Xəbər lenti

Qırızıstanın Toquz-Torou rayonunun sakinləri Çinin “Ci El Makmal Developinq” şirkətinin laboratoriyası, anbarları və ofis binasına od vurublar.

Strateq.az 24.kq-yə istinadən bildirir ki, “KamAz” markalı iki yük maşını, iki ekskavator, “ZİL” markalı avtokran, iki konteyner, inzibati binalar, 5 istehsal tikilisi yandırılıb.

“Turmush” yazır ki, aprelin 11-də yerli sakinlər növbəti etiraz aksiyasına toplaşıblar. Onlar deyiblər ki, şirkət rəhbərliyi tələbləri yerinə yetirmir.

Çin müəssisəsi rəhbərliyinin sözlərinə görə, ertirazçılar ərazini ələ keçiriblər, şirkət işçiləri isə ərazidən çıxarılıb. Rəhbərlik bildirib: “Mitinqçilərin tələbləri bizə məlum deyil. Ekoloqların rəyinə gəlincə, biz layihəni ekspertizaya göndərmişik, amma nədənsə indiyədək nəticə yoxdur. Hətta qızıl hasilatı müəssisəsinin ətraf mühitə təsirinin dəyərləndirilməsi üzrə məlumatlar da yoxdur. Amma bu bizim günahımız deyil”.

Rayon sakinləri bir neçə dəfə mitinq keçirərək “Ci El Makmal Developinq” şirkətinə məxsus fabrikin inşasını dayandırmağı tələb ediblər. Ölkə parlamenti vitse-spikeri Toquz-Torou rayonundakı durumu şərh edərkən bildirib ki, mitinqi başlayanları cəzalandırmaq vaxtsızdır, durumu araşdırmaq laızmdır.

Dünənki mitinqdə üç milisoner ziyan çəkuib.

 




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 12-04-2018, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma