Xəbər lenti
27-11-2024, 19:25

Suriyaya aviazərbələrə hazırlıq zamanı ABŞ prezidenti Donald Trampla Pentaqon rəhbəri Ceyms Mettis arasında fikir ayrılığı yaranıb.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” adı açıqlanmayan Ağ ev rəsmilərinə istinadən xəbər verir.

O cümlədən D.Trampın Rusiya ilə mümkün münaqişədən yayınmaq üçün daha ehtiyatlı və məhdudlaşdırıcı addımları dəstəkləyən C.Mettislə sözünün üst-üstə düşmədiyi bildirilir.

Mənbələrin bildirdiyinə görə, administrasiya, demək olar ki, bütün sutka ərzində Suriya ilə bağlı məsələlərlə məşğul olub, prezident ABŞ Silahlıq Qüvvələrinin Bəşşar Əsədin hərəkətlərinə daha genişmiqyaslı cavab verməsi üçün C.Mettisə təzyiq göstərib.

 




Ana səhifəyə qayıt        Baxış: 625          Tarix: 14-04-2018, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma