Xəbər lenti

Suriya ordusunun Hava Hücumundan Müdafiə qüvvələri Homs vilayətindəki Şayrat aerodromu ilə yanaşı, Dəməşqdən 50 kilometr şimaldakı Dumeyrdəki hərbi bazaya endirilmiş raket zərbələrini də dəf edib.

TASS xəbər verir ki, bu barədə “Al Ekhbariya” telestansiyasına respublikanın Hərbi Qüvvələrindəki mənbə bildirib.

Məlumata görə, Suriya zenitçiləri Şayrat ətrafında 6, Dumeyrəyə uçan daha 3 raketi vurublar.

“Al Masdar” portalının məlumatına görə, hərbi bazalara İsrailin Hərbi Hava Qüvvələri Livanın səmasından hücum ediblər. Lakin bu məlumat hələlik Dəməşq tərəfindən rəsmən təsdiqlənməyib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 546          Tarix: 17-04-2018, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma