Maksim Suçkov
“Əl-Monitor”
İran və İsrail arasındakı qarşıdurmanın böyümə təhlükəsi Rusiyanı iki regional rəqib üçün “modus vivendi” (müvəqqəti saziş) axtarışına sövq edir.
Aprel 25-26-də Rusiyanın Qara dənizdəki kurort şəhəri Soçidə Təhlükəsizlik üzrə Ali Şura Təmsilçilərinin 9-cu Beynəlxalq Toplantısı keçirilib. Rusiya Təhlükəsizlik Şurasının təşkil etdiyi tədbir 118 ölkədən olan təhlükəsizlik şuraları katibləri, prezident köməkçiləri və kəşfiyyat xidmətlərinin rəhbərlərini bir araya gətirib.
Görüş beynəlxalq yüksək səviyyəli təhlükəsizlik rəsmiləri arasında getdikcə daha populyarlaşır: ilk ildə konfransda – 43, keçən il – 95 dövlətin nümayəndəsi toplaşıb.
Moskva iddia edir ki, Birləşmiş Ştatlar müttəfiqlərinin tədbirə qoşulmaqdan imtina etməsi üçün onlara təzyiq göstərmədiyi halda, konfransa daha çox ölkə təmsilçi göndərə bilərdi. Nümayəndələr qarşısında danışan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: “Yenilənmiş Amerika [xarici siyasət və hərbi] doktrinaları qarşıdurma fikirlərini ehtiva edir… Sağlam olmayan düşüncə üçün yeni faciələr, təxribatlar və mənasız itkilərə ehtiyac varmı?”
Builki gündəmə hakim olan mövzu, maliyyə resurslarının kəsilməsi, kibertəhlükəsizlik və Yaxın Şərqdəki vəziyyəti daxil olmaqla, beynəlxalq terrorizmlə mübarizə idi. İkigünlük konfransda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev 40 ikitərəfli görüş keçirib. Ancaq İran və İsrail nümayəndələri ilə iki ayrı-ayrı görüş ən mühüm və daha çox maraq sayılıb.
Konfransın açılmasından bir gün əvvəl Patruşev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb. Elə həmin gün Patruşev İsrail Milli Təhlükəsizlik Şurası sədrinin müavini Eytan Ben-Davidlə birlikdə masa arxasına keçib.
Bu görüşlər Moskvanın İsrail və İran rəsmiləri arasında müzakirələr apardığına, habelə rusların Suriyadakı İran-İsrail qarşıdurmasında vasitəçiliyinə dair möhtəkirliyə səbəb olub.
Aprelin 25-də Rusiya Təhlükəsizlik Şurasında məlumatlı bir qaynaq İran informasiya agentliklərinin bu barədə xəbərini qətiyyətlə təkzib edib. “Əl-Monitor”un əlaqə saxladığı iki rus diplomat isə şərhdən imtina edib.
Belə bir təpki Rusiyanın “arxa qapı” görüşlərinin – əgər həqiqətən keçirilibsə, – uğurlu olmağından qaynaqlanır. Təbii ki, İsrail və İranda ictimai fikri kükrətməmək üçün bu sayaq addımlar məxfi saxlanılmalıdır.
Son aylarda Rusiyanın İranla İsrail arasındakı balanslaşdırma aktını davam etdirməsinə aid ciddi iddialar var. Çünki iki barışmaz düşmən arasında Suriya sahəsində artan qarşıdurmanın təbiəti çətinləşir.
Tehranın Moskva ilə müzakirələrində “Hizbullah” və digər şiə milislərin məsələsini gündəmə gətirib-gətirmədiyini yoxlamaq çətindir. Bununla belə, Rusiyanın regiondakı davranışının əsaslandırması müəyyən oyunçuların motivasiyasının qanuniliyini anlamaq və qəbul etməkdən keçir. Bu yanaşmaya əsasən, İranın perspektivindən Suriyada “Hizbullah”ın mövcudluğu Moskvaya aydın ola bilər. Eyni zamanda, Rusiya bu iştirakı İsrail üçün daimi qıcıq kimi görür və beləliklə, Kreml Suriyada tarazlığa can atır.
İsraillilər və iranlılar arasında tərəfsiz vasitəçi olmaqda Rusiya, həqiqətən, çətin anlar yaşayır. Həm İran, həm də İsrail Rusiyaya təhlükəsizlik kəməri kimi baxır. Belə bir status ehtimal ki, əbədi davam etməyəcək, ancaq status-kvonun hazırlanması üçün zəruridir: İran “Hizbulah”ın təxribatçı fəaliyyətini dayandırmalı, İsrail isə iddialı mövqedən və pre-emptiv hava basqılarından çəkinməlidir.
İsrail müdafiə naziri Aviqdor Libermanın İsrailə qarşı tətbiq olunduğu halda, məhv etməklə təhdid etdiyi Rusiyanın Suriyaya təchiz etdiyi “S-300” hava müdafiə sistemlərinə dair davamlı xəbərlər gəlir. Rusiyaya qayıdan səfir Aleksandr Şein deyib: “Belə bir ssenari təsəvvür edə bilməz”. Şein əlavə edib: “Suriyadakı koordinasiya və qarşılıqlı yeniliklər var. İki ölkə müdafiə nazirlikləri əməkdaşlıq edir”.
“Rusiya mütəmadi olaraq İsrailin milli təhlükəsizliyini qoruyub saxlaya biləcək narahatlıqlarını və maraqlarını nəzərə alır… Biz əlbəttə ki, İsrail və İran dövləti ilə əlaqəli qarşılıqlı təhdidlərdən narahatlıq duyuruq. Vəziyyətin pisləşməsi Yaxın Şərqdəki dağıntıya əlavə ola bilər”.
“Əl-Monitor” verdiyi son müsahibəsində İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyanı İsrail ilə əlaqədə Tehranın ümidlərinə istinad etdi: “İsrail təcavüzü davam edir və inanıram ki, başqalarına qarşı təcavüzü dayandırılmalıdır”. Lakin nazir İranın nə edəcəyini dilə gətirməyib.
İki regional ağır çəkili pəhləvan arasında Moskvanın varlığı onun Suriyadakı iştirakını labüd hala gətirir. Rusiyada israillilərin və iranlıların Moskvanın müvafiq tərəflər üzərində təsirinin ifrat qiymətləndirildiyini düşünürlər. Lakin Rusiyanın özü regionda yeni bir enerji brokeri kimi imicini gücləndirmək üçün çox işlər görüb və hazırda bu gözləntiləri təmin etməlidir.
Əslində, bu Qordi düyünü kəsmək üçün əlçatan olan hər hansı bir gücün düşünülməsi çətindir. Rusiya tərəflərin özünü təhlükəsiz hiss etməsi üçün bir formul tapmayıb.
Diplomatik cəhətdən İranla məşğul olan Vaşinqton və Tel-Əvivdəki müzakirələrə əsaslanan ssenarilər Suriya müharibəsinə yeni bir ölçü verə və böyük miqyaslı regional müharibənin başlamasına səbəb ola bilər.
Tərcümə: Strateq.az
Paylaş: