Xəbər lenti

Əfqanıstanın şimal-şərqində stadionda baş vermiş partlayışlar nəticəsində 8 nəfər ölüb, 45-i yaralanıb.

“Report”un “TOLO News” telekanalına istinadən verdiyi məlumata görə, hadisə Nanqahar əyalətinin Celalabad şəhərindəki arenada kriket matçı zamanı yaşanıb. Görüş Ramazan ayını qeyd etmək məqsədilə keçirilib. Ölənlər arasında yarışın təşkilatçısı və Mehtarlam şəhər merinin müavini də var.

“Taliban” qruplaşması partlayışda istənilən formada iştirakını inkar edib.

Qeyd edək ki, daha əvvəl Əfqanıstanın şərqindəki Host əyalətində məsciddə baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb.

 




Ana səhifəyə qayıt        Baxış: 506          Tarix: 19-05-2018, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma