“Əgər Ankara, Rusiyadan “S-400” zenit raket kompleksləri almaq planından daşınmasa, bu ölkəyə yeni nəsl “F-35″ qırıcı təyyarələrinin verilməsi sual altında qalacaq”.
Bunu ABŞ senatında keçirilən diləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Mitçhell deyib. O, həmçinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini xatırladıb.
Qeyd edək ki, son vaxtlar ABŞ-ın Suriya siyasəti və Türkiyədə onlarla ABŞ vətəndaşlarının həbsinə görə Vaşinqtonla Ankara arasındakı münasibətlər gərginləşib. Ankara həbs edilən ABŞ vətəndaşlarını terrorçularla bağlılıqda ittiham edir.
Amma Mitçell qeyd edib ki, Türkiyə “İslam dövləti” qrupu da daxil olmaqla terrorçu qruplarla mübarizədə ABŞ-ın NATO-da əsas müttəfiqidir. ABŞ prezidenti Donald Tramp iyunun 26-də Rəcəp Tayyip Ərdogana telefon açaraq onu prezident sçilməsi münasibəti ilə təbrik edib. Ərdoganın ofisindən verilən məlumata görə, hər iki lider müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli münasibətləri yaxşılaşdırmaq qərarına gəliblər.
Türkiyə ABŞ-dan 100-dək “F-35” qırıcısı almağı planlaşdırır, habelə “Patriot” raketlərinin alınması üçün Vaşinqtonla danışıqlar aparıb. Türkiyənin Rusiyadan “S-400” raket sistemlərini almaq qərarı onun NATO müttəfiqləri arasında narahatlıq yaradıb.
Paylaş: