Xəbər lenti

Bu gün səhər saatlarında Yerevan polisi bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edərək, onun Eçmiədzin kilsəsindəki dəftərxanasına basqın edən etirazçıları zorla oradan uzaqlaşdırıb.

Polis həmçinin, etiraz aksiyası iştirakçılarının kilsə önündə qurduğu çadırları da dağıdıb.

Qeyd edək ki, 5 gün öncə II Qareginin kilsədəki dəftərxanasını “ələ keçirən” etirazçılar katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan etmişdilər.

Xatırladaq ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsü ilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydır Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər.

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan ediblər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.

Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir.(azvision.az)

 




Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 10-07-2018, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma