Xəbər lenti

Türkiyədə Harun Yahya adı ilə tanınan Adnan Oktar saxlanılıb. Trend-in məlumatına görə, o, bu gün səhər saatlarında saxlanılıb.

Türkiyənin “Sabah” qəzetində A.Oktar ilə yanaşı onun 235 tərəfdarının da saxlanıldığı qeyd olunub.

Məlumata əsasən, A.Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və cəsusluqda ittiham olunur.

İnsidentlə bağlı digər təfərrüatlar açıqlanmayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 582          Tarix: 11-07-2018, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma