Xəbər lenti

Türkiyədə saxlanılan Adnan Oktarın əmlakı müsadirə olunub.

Trend-in məlumatına görə, onun rəhbərlik etdiyi bütün şirkətlərə qəyyum təyin olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulda keçirilmiş əməliyyat nəticəsində Harun Yəhya adı ilə tanınan Adnan Oktar və onun 235 tərəfdarı saxlanılıb.

A.Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, eləcə də casusluqda ittiham olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 620          Tarix: 11-07-2018, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma