Türkiyə əhalisinin 28,3 faizini uşaqlar təşkil edir.
Trend-in məlumatına görə, ölkədə 22 milyon 883 min 288 nəfər uşaq var.
Əhalisi daha çox uşaq olan vilayətlərdən biri Şanlıurfadır. Belə ki, burada əhalinin 46,7 faizini uşaqlar təşkil edir. Bundan başqa, Şırnak vilayətinin əhalisinin 45,2 faizi, Ağrı vilayətinin əhalisinin isə 43,7 faizi uşaqlardır.
TÜİK-in məlumatında qeyd olunur ki, Türkiyədə hər iki uşaqdan biri qeysəriyyə əməliyyatı ilə doğulur.
Uşaqlara ən çox qoyulan adlar isə Yusuf, Ömər, Zeynəb və Dəfnədir.
Türkiyədə 15-17 yaş qrupu arasında olan uşaqların 20.3 faizi əmək fəaliyyətinə cəlb olunub.
Statistikaya əsasən, Türkiyə ərazisinin 91,2 faizində ibtidai məktəblər fəaliyyət göstərir.
Ötən il ölkə ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrində 760 uşaq həlak olub.
Paylaş: