Xəbər lenti

 

 2003-cü ildə Şilidəki Atacama bölgəsində dəri bir çanta içərisində tərk edilmiş bir kilsədə tapılan, konus şəklində bir başa və 15 santimetr uzunluğa sahib mumiyanın bir yad planetliyə aid ola biləcəyi iddia edilmişdi.

Metbuat.az “Posta.com”a istinadən xəbər verirki, bir ispan kolleksiyaçı tərəfindən satın alınaraq ortaya çıxarılan mumiya ilə bağlı daha əvvəl “Sirius” adlı bir sənədli film çəkilib, müxtəlif sui-qəsd nəzəriyyələri ilə yanaşı tapılan skeletin yad planetlilərin varlığını sübut edə biləcəyi deyilmişdi.

Beynəlxalq bir elm komandası 15 santimetr böyüklüyündəki mumiya üzərində etdiyi araşdırmanı tamamlayıb və mumiyanın 15 həftəlik bir rüşeymə aid olduğunu açıqlayıb.

Ötən aylarda edilən başqa bir araşdırma ortaya daha fərqli nəticələr çıxarmışdı. Kalifornia Universiteti, San Fransisko Universiteti və Stanfort Universiteti tərəfindən “Ata” adı verilən mumiya üzərində edilən DNT analizləri sirrini uzun müddətdir qoruyan qalıntının 6-8 yaşında olduğu təxmin edilən cırtdan bir qız uşağına aid olduğunu ortaya çıxarmışdı.

Digər tərəfdən “Ata”nın 6-8 yaşına çatıb-çatmadığı bilinmir. Elm adamları uşaqdakı genetik pozğunluğun ana bətnində ikən də sümüklərinin böyüməsinə səbəb ola biləcəyini, buna görə də mumiyanın erkən doğulmuş bir körpəyə də aid ola biləcəyini düşündüklərini bildirib.

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 566          Tarix: 26-07-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma