
Misirin Luksor bölgəsində, Nil çayının qərb sahillərində içində bahalı daş-qaşlar, miniatür heykəllər və birdən çox mumiya olan məzar tapılıb.
Ovqat.com publika.az-a istinadən xəbər verir ki, Misirli arxeoloqlar tərəfindən incələnən məzarın fironların 18-ci sülaləsinin idarəsi dövründə yaşamış kral zərgərinə məxsus olduğu bildirilib. Məzarda zərgərə və onun ailəsinə (həyat yoldaşı, uşaqlarına) məxsus əşyalar və cəsədlər( mumiyaları) tapılıb.
Misir rəsmilərindən nazir Xalid-al Annaninin sözlərinə görə, tabut çox yaxşı vəziyyətdə qalıb: "İçərisində bir neçə mumiya, zərgərlik nümunələri, qadına və uşaqlara məxsus olduğu ehtimal edilən miniatür heykəllər, maskalar müxtəlif predmetlər də var. Maraqlısı budur ki, bu tabutda fironların 22-ci sülaləsinin nümayəndlərinə aid əşyalar da tapılıb. Ola bilər ki, bu tabut o dövr haqqında daha sirli məqamları aşkara çıxarsın".
Mumiyalar üzərində araşdırmalar davam edir:
Videonu izləmək üçün şəklə klikləyin:
Paylaş: