Xəbər lenti

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu Ağstafada kişi meyitinin tapılması ilə əlaqədar məlumat yayıb.

Qrupdan Metbuat.az-a verilən məlumata görə, bu gün Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində, Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında 65-70 yaşlı üzərində zorakılıq əlamətləri aşkarlanmayan kişi meyiti tapılıb.

Meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 179 santimetr, sol əlinin üzərində döymə üsulu ilə“KƏPИM”,“ЯƏСЦ47” , “С.Ə”,“СНГ С.Ə”, “НАГЫ А” hərf və rəqəmləri yazılıb. Tapılarkən əynində boz rəngli kostyum, sarımtıl rəngli köynək olub.

"Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, Ağstafa Rayon Polis Şöbəsinə və yaxud yaxınlıqda yerləşən hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.




Ana səhifəyə qayıt        Baxış: 1 121          Tarix: 2-12-2017, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma