Xəbər lenti

 İranda bu gün keçirilən seçkinin ilkin nəticəsi açıqlanıb.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, səsvermə vaxtı uzadıldığından və seçki 24:00-da bitdiyindən, ilkin olaraq İranın Ankara səfirliyində İran vətəndaşları üçün təşkil edilən seçki məntəqəsinin nəticələri açıqlanıb.

Bildirilir ki, Ankaradakı seçki məntəqəsin 1728 nəfər hazırkı prezident Həsən Ruhaniyə, 81 nəfər İbrahim Rəisiyə, 6 nəfər Mustafa Haşemi Tabaya və 8 nəfər Mustafa Mirsəlimə səs verib.

Bu nəticə ilə H.Ruhani əsas rəqibi İ.Rəisini kəskin fərqlə qabaqlayır.

***

Şərqi Azərbaycanın Meskin şəhərində səsvermənin nəticələri elan edilib.

Bildirilir ki, səsvermədə iştirak edən 30.460 seçici Həsən Ruhanini, 18.290 seçici isə İbrahim Rəisini dəstəkləyib.

Digər namizədlər çox cüzi səs alıb.

***

Seçkilərdə seçici fəallığı böyük şəhərlərdə 70%-ə çatıb. Belə ki, Tehran, Təbriz, Azərbaycan, o cümlədən İranın mərkəzi ostanlarında fəallıq 70 faiz civarında olduğu bildirilir.

İRNA Xorasan (74%) və Gilanda (77%) seçici fəallığının daha yüksək olduğunu yazıb. Ən yüksək göstərici isə keçmiş prezident, islahatçıların lideri Xatəminin vətəni Yəzddə qeydə alınıb. Burda seçicilərin 91%-i səs verib.

Xatəmi həmyerlilərinə seçici fəallığına görə İnstaqram səhifəsində təşəkkür edib.

İran DİN 56 milyon seçicidən 40 milyonunun səsvermədə iştirak etdiyini bildirib.

Qeyd edək ki, namizədlərdən heç biri 50%-dən artıq səs yığmasa, bir həftə ərzində seçkilərin ikinci turunun keçiriləcəyi açıqlanıb.

***

Bu dəqiqələrdə İrandakı seçkilərlə bağlı sosial şəbəkələrdə qeyri-rəsmi nəticələr müzakirə edilir. İddiaya görə, Rəisi seçkilərdə Həsən Ruhanini ciddi şəkildə üstələyir.

Zəncan şəhərinin nəticələri də elan edilib. Bildirilir ki, 170 seçki məntəqəsinin nəticələri artıq bəllidir. Bu nəticələrə görə İbrahim Rəisi 42.104, Rəsən Ruhani 14.409, Mustafa Mirsəlim 139, Mustafa Haşemi Taba isə 45 səs alıb.

Daxili İşlər Nazirliyi isə xalqı qeyri-rəsmi nəticələrə inanmamağa, rəsmi nəticələri gözləməyə çağırıb.

***

Hazırkı prezident Həsən Ruhani seçkilərdə liderlik edir.

DİN-in seçkilərlə bağlı qərargahının rəhbəri Əli Əsgər Əhmədinin verdiyi məlumata görə, indiyə qədər 25,9 milyon seçici səsi hesablanıb:

Sayılan səslərin sayı: 25.966.728

Düzgun səslərin sayı: 25.182.310

Həsən Ruhani: 14.618.841

İbrahim Rəisi: 10.125.855

Mustafa Ağa Mirsəlim: 297.276

Haşimi Taba: 139.331

***

“Röyter” agentliyi isə artıq 37 milyon bülletenin sayıldığını açıqlayıb.

Agentlik Ruhaninin seçkilərdə 21,6 milyon, İbrahim Rəisinin isə 14 milyon səs topladığını bildirib.

“Röyter” bu xəbəri “Hər şey bitdi. Ruhani qalib gəldi” başlığıyla dərc edib.




Ana səhifəyə qayıt        Baxış: 959          Tarix: 20-05-2017, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma