“Gürcüstanın NATO-ya daxil olması faciəvi nəticələrə gətirib çıxara bilər”.
Bu sözləri Rusiya baş naziri Dmitri Medvedyev “Kommersant FM” radiostansiyasının müsahibəsində deyib.
“Gürcüstanın NATO-da üzvlüyü qorxunc münaqişəyə səbəb ola bilər, anlaşılmazdır, bu nəyə lazımdır”, – deyə baş nazir bildirib.
Dmitri Medvedyev onu da vurğulayıb ki, 2008-ci ildə Gürcüstan və Cənubi Osetiya arasında olan və Rusiyanın müdaxilə etdiyi silahlı konfliktin qarşısını almaq mümkün idi: “Heç nə qaçılmaz deyildi”.
Xatırladaq ki, iyulun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın Gürcüstanı qəbul etmək niyyəti barədə yenidən xatırladıb.
Rusiya Prezidenti Vladimir Putin isə NATO-nun genişlənməsinə ölkəsinin son dərəcə mənfi yanaşdığını bəyan edib/Teleqraf.com.
Paylaş: