Türkiyə bəzi ABŞ məhsullarının idxalına görə tətbiq edilən rüsumu 100 faiz artırıb.
Trend-in məlumatına görə, idxal rüsumu artırılan məhsullar arasında minik avtomobilləri, spirtli içkilər, kağız məmulatları, kosmetika məhsulları, daş kömür, tütün məmulatları, bəzi meyvələr də var.
Prezidentin müvafiq qərarı bu gün “Resmi Gazete”də dərc olunub.
Ötən gün dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ istehsallı elektronika məhsullarının boykot ediləcəyini bəyan etmişdi.
Qeyd edək ki, ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Buna səbəb kimi Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmaması göstərilir.
Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.
Paylaş: