Xəbər lenti

Türkiyə ilə ABŞ arasında böyük qalmaqala səbəb olan və hazırda İzmirdə ev dustağı olan rahib Bransonun üzərindəki həbs və xaricə çıxış qadağasının götürülməsi ilə bağlı məhkəməyə verdiyi şikayət rədd edilib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə bu gün İzmir 2-ci Ağır Cəza Məhkəməsi qərar verib.

Bransonun vəkili İsmayıl Cem Halavurt bu barədə açıqlama verərək, müvəkkilinə qarşı sürülən ittihamları əsassız adlandırıb. O, gizli şahidin verdiyi ifadələrin də yalan olduğunu iddia edib.

Vəkil qeyd edib ki, bugünkü qərardan yuxarı məhkəmə instansiyasına şikayət verəcəklər.

Xatırladaq ki, ABŞ vətəndaşı olan Branson PKK, PYD və FETÖ üzvləri ilə birlikdə hərəkət etməkdə, casusluq və sair ağır cinayətlərdə təqsirləndirilir. Əgər ittihamlar təsdiqlənərsə, Türkiyə qanunlarına görə, onu 35 il cəza gözləyir.

Məhz Bransounun həbsinə görə Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib….

 




Ana səhifəyə qayıt        Baxış: 579          Tarix: 15-08-2018, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma