Xəbər lenti

 Türkiyənin paytaxtı Ankaranın Etimesqut səmtinin Yapraqcıq məhəlləsində polis tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxtda terror aktları törətməyə çalışan İŞİD qruplaşmasının 2 üzvü məhv edilib.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, Ankara valisi Ərcan Topaca terrorçuların yaşadığı mənzilə baxış keçirib və tədqiqatçılardan məlumat alıb.

O bildirib ki, yaxalanan azərbaycanlı terrorçunun ifadələri əsasında əməliyyat keçirilib:

“İstanbuldan izinə düşdüyümüz azərbaycanlı terrorçunun İŞİD üzvü olduğu müəyyən edilib. Son günlər müntəzəm olaraq avtomobil kirayələməsi və Ankaraya gəlməsindən şübhələnilib. Onun paytaxta 2 nəfər gətirməsi də müəyyən edilib. İŞİD üzvü olan bu şəxsin ifadəsindən sonra hüquq-mühafizə orqanları təcili şəkildə əməliyyat keçirərək həmin 2 terrorçunu zərərsizləşdirib”.

Vali onu da əlavə edib ki, terrorçulardan qaldığı mənzildən xeyli silah-sursat da tapılaraq istintaqa təhvil verilib.




Ana səhifəyə qayıt        Baxış: 939          Tarix: 21-05-2017, 11:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma