Sentyabr ayında Rusiyada keçiriləcək “Vostok-2018” təlimlərinə, təxminən, 300 min hərbçinin və mindən artıq uçan vasitənin cəlb edilməsi planlaşdırılır.
TASS xəbər verir ki, bu barədə jurnalistlərlə görüşündə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, belə irimiqyaslı manevrlər 1981-ci ildən bəri ölkədə keçirilməyib.
Nazir vurğulayıb ki, manevrlərdə həmçinin 36 min ədəd hərbi texnika – tanklar, zirehli nəqliyyat-döyüş maşını, piyadaların döyüş maşını – döyüş şəraitinə maksimuma yaxın şərtlərdə iştirak edəcək.
“Vostok-2018” təlimləri sentyabrın 11-15-də keçiriləcək və Silahlı Qüvvələrin hazırlığının ən böyük tədbiri olacaq. Manevrlər beynəlxalq status alıb. Onun bir mərhələsində Monqolustan və Çin birləşmələri də iştirak edəcək/Report.
Paylaş: