Xəbər lenti

Azərbaycan ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, təlimlərdə iştirak edən şəxsi heyət və texnika təlim poliqonlarına çıxarılıb. 

*** 08:12

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gündən döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

"Report" xəbər verir ki, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 934          Tarix: 19-06-2017, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma