Xəbər lenti

ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrliyi çərçivəsində sentyabrda korrupsiya, sülhməramlılıq, Suriya, İran və narkotiklərlə mübarizə problemləri üzrə açıq görüşlər keçirmək niyyətindədir.

“Report” BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

N.Heyli jurnalistlərə söz verib ki, Təhlükəsizlik Şurasında sentyabr ayı maraqlı və zəngin olacaq və çox şey orada ilk dəfə olacaq.

Onun sözlərinə görə, Suriya məsələsi TŞ-nin iş proqramında iki dəfə – sentyabrın 6-da və 20-də gündəmə çıxarılacaq. Planlaşdırılan görüşlərdən birincisi kimyəvi silahlara həsr olunacaq. İkinci görüşə isə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura da qatılacaq.

Amerikalı daimi nümayəndə əlavə edib ki, sentyabrın 7-də TŞ üzvləri, çox güman, əlavə olaraq Suriyanın İdlib əyalətindəki vəziyyəti də müzakirə edəcəklər.

Sentyabrın 18-25-nə planlaşdırılan ənənəvi ümumi siyasi müzakirələr çərçivəsində narkotiklərlə mübarizə və İran üzrə iclasların keçirilməsi nəzərdə tutulur. Hər iki iclasa ABŞ Prezidenti Donald Tramp sədrlik edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 475          Tarix: 5-09-2018, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma