Xəbər lenti

Suriyanın Latakiya şəhəri yaxınlığında Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı İsrailin Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

RİA “Novosti”nin verdiyi xəbərə görə, bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin Latakiyaya zərbə endirərkən Rusiya təyyarəsini sipər kimi istifadə edib, Suriya hava müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirmişdi.

Hadisə nəticəsində 15 nəfər Rusiya hərbçisi həlak olub/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 542          Tarix: 18-09-2018, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma