Xəbər lenti

Ukraynaya məxsus hərbi gəmilər Rusiyanın dəniz məkanına daxil olub.

Teleqraf.com xəbər verir ki, 2 hərbi gəmi Kerç boğazında Krım körpüsünün altından keçərək irəliləməyə davam edir.

Bu, daxili müharibədən sonra Ukraynanın Rusiya su məkanına ilk həmləsidir.

Kerç boğazını keçən gəmilər hazırda rus donanması və sahil mühafizə qayıqları tərəfindən izlənilir. Rusiya Müdafiə Nazirliyi bununla bağlı hələ ki heç bir addım atmır.

Ekspertlərin fikirincə, bu addım iki ölkə arasında münaqişəni daha da qızışdıracaq. Hərbi toqquşmaların baş verəcəyi də istisna edilmir.

 




Ana səhifəyə qayıt        Baxış: 718          Tarix: 24-09-2018, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma