Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən bütün görüşləri ləğv edərək evinə gedib.
Publika.az xəbər verir ki, Ərdoğan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin liderlərinin şərəfinə verdiyi səhər yeməyinə qatılmayıb. Bundan əlavə, proqram üzrə ölkə liderləri ilə baş tutacaq ikili görüşləri də ləğv etdirib.
Günorta yeməyində isə onu TBMM sədri İsmayıl Qəhrəman və Baş nazir Binəli Yıldırım əvəz edib.
Bundan əlavə, Ərdoğanın Rusiyanın Baş naziri Dmitri Medvedyev və Yunanıstan Prezidenti Prokopis Pavlopulosu qəbul etməsi gözlənilirdi. Bu görüşlər də bilinməyən səbəblərdən ləğv edilib.
Dövlət başçısının həmin gün Mabeyndəki iqamətgahından çıxaraq Kısıklı ərazisində yerləşən evinə keçdiyi deyilir.

 




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 23-05-2017, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma