Xəbər lenti

Neftin qiyməti daha da arta bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, neftin qiymətinin qeyri-müəyyənliklə əlaqədar daha da artma potensialı var. Hər şey noyabr ayında baş verəcək proseslərdən asılıdır.

“Rusiya neft istehsalını daha da artıra biləcək potensiala sahibdir. Rusiya lazım gələrsə neft hasilatını artıra bilər. Bizim neft istehsalımız maksimuma çatmayıb və lazım gələrsə artırarıq. Bu il təxminən 555 milyon ton neft çıxarmağı nəzərdə tuturuq”, – deyə o bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 416          Tarix: 3-10-2018, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma