Xəbər lenti

OPEC və ona üzv olmayan ölkələrin hasilatın azaldılması barədə anlaşmanın müddətini uzatmasına baxmayaraq, neft bazarında tarazlığın bərpa olunacağını demək çətindir. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bunu Rusiya maliyyə nazirinin müavini Vladimir Kolıçev "Bloomberg" agentliyinə müsahibəsində bildirib. 

Nazir müavininin sözlərinə görə, neft qiymətlərinin 40 dollar/bareldən aşağı düşmə riskləri mövcuddur. "Ümumiyyətlə, neftin barelinin yaxın 5-7 il müddətində orta qiyməti 40-50 dollar/barel təşkil edə bilər", - deyə V.Kolıçev sözlərinə əlavə edib.

 




Ana səhifəyə qayıt        Baxış: 996          Tarix: 1-06-2017, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma