Xəbər lenti

Braziliyanın yeni prezidenti seçkilərin ikinci turundan sonra məlum olacaq.

AZƏRTAC xəbər verir ki, dünən keçirilmiş seçkilərdə namizədlərdən heç biri tələb olunan 50 faizdən yuxarı səs toplaya bilməyib.

Sağ Sosial-Liberal Partiyasından olan namizəd Jair Bolsonaru və sol Zəhmətkeşlər Partiyasının namizədi Fernandu Addad seçkilərinin ikinci turuna keçiblər. Bolsonaru seçicilərin 46,46 faizinin, Addad isə 28,69 faizinin səsini toplayıb.

Prezident seçkilərinin ikinci turu oktyabrın 28-də baş tutacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 466          Tarix: 8-10-2018, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma