Xəbər lenti

 

Birləşmiş Ştatların BMT-dəki səfiri postuna namizədliyi verilmiş şirkət rəsmisi namizədliyini geri götürüb. Bu haqda media yazır.

“Goldman Sachs” şirkətinin menecment komitəsinin üzvü olan Dina Povell namizədliyini geri çəkib. Xəbəri AP və “Reuters” adını çəkmədiyi rəsmilərə istinadla yayıb. Agentliklərin yazmasına görə, Povell telefonla Prezident Donald Trampa deyib ki, namizədliyinin nəzərdən keçirilməsindən şərəf duyur, amma Vol Stritdəki vəzifəsində qalmaq istəyir.

Daha öncə Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley idi. Haley bu həftə – oktyabrın 10-da gözlənilmədən istefaya getmək istədiyini açıqladı. Povell vaxtilə Tramp administrasiyasında milli təhlükəsizlik müşavirinin müavini kimi çalışıb.

Tramp BMT-dəki vəzifəyə Povell-in də namizədliyinə baxıldığını açıqlayıb. Amma “Reuters” yazırdı ki, Ağ evdə Povellin dönüşünə qarşı çıxanlar var. Hətta administrasiyanın bəzi aparıcı rəsmiləri onun açıqlamasından öncə demişdilər ki, namizədliyi daha gündəmdə deyil.

(Azadlıq radiosu)




Ana səhifəyə qayıt        Baxış: 398          Tarix: 12-10-2018, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma