Xəbər lenti

 NATO-nun Brüsseldə keçiriləcək sammitinin təhlükəsizliyini 4 min polis əməkdaşından başqa, xüsusi təlim görmüş qartallar da təmin edəcək.

Trend xəbər verir ki, Brüssel polisi qartalları kiçik pilotsuz uçuş aparatları ilə mübarizə məqsədilə təhlükəsizlik tədbirlərinə cəlb edəcək.

Sözügedən qartalların qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün qonşu Niderlandda xüsusi təlim keçdiyi bildirilir.

Bundan başqa, 29 ölkənin dövlət və hökumət başçılarının Zirvə toplantısının təhlükəsizliyini təmin etmək məqsədilə Brüsselə Lüksemburq polisi də dəvət olunub.




Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 24-05-2017, 21:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma