Xəbər lenti

Xəbər verildiyi kimi, rəsmi Vaşinqton 1987-ci il dekabrın 8-də SSRİ prezidenti Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı prezident Donald Reyqanla imzaladığı Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxmaq istəyir. Bu haqda ABŞ prezidenti Donald Tramp bildirib. O, vurğulayıb ki, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Sovet İttifaqının sabiq prezidenti Mixail Qorbaçov Donald Trampın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çəkilməsi ideyasını kəskin tənqid edib. AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Qorbaçov bu haqda “İzvestiya” qəzetinə açıqlama verib.

Siyasətçi bildirib ki, bu müqavilə raketlərin ləğvinə nəzarət sistemi kimi çox qiymətlidir, bu baxımdan ondan geri çəkilmək düzgün deyil: “Belə addım atmaq üçün heç də böyük ağıla sahib olmalı deyilsən”.

Bir müddət öncə Ağ Evin sahibi bildirmişdi ki, Vaşinqtonun bu müqavilədən çəkilməsi ABŞ üçün yeni silahların yaradılmasına yol aça bilər. Qeyd edək ki, həmin müqavilə Moskva ilə Vaşinqtona 500 kilometrdən 5.5 min kilometrədək radiuslu qanadlı və ballistik raketlərə sahib olmağa qadağa qoyur.

 




Ana səhifəyə qayıt        Baxış: 472          Tarix: 22-10-2018, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma