Xəbər lenti

ABŞ-ın müdafiə naziri Cim Mattis ərəb liderlərinə deyib ki, Rusiya, Moskvanın Suriya münaqişəsinə hərbi müdaxiləsindən sonra Yaxın Şərq-də Birləşmiş Ştatları əvəz edə bilməz.

Bu barədə Reuters, AP və FP agentlikləri məlumat verirlər.

“Rusiyanın regionda iştirakı,ABŞ-ın Yaxın Şərq məsələsindəki əzəli, möhkəm və şəffaf sadiqliyini dəyişə bilməz”, Mattis oktyabrın 27-də Bəhreynin paytaxtı Manamada keçirdiyi görüşdə deyib.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin bir qədər sonra İstanbulda Fransa, Almaniya və Türkiyə liderlərinin iştirakı ilə keçirilən sammitə qoşulmalıdır.

Liderlər Suriya müharibəsinin möhkəm həlli yolunu tapmağa çalışırlar.

Qeyd edək ki, Rusiya Suriya münaqişəsində prezident Bashar Assad rejiminin tərəfini saxlayır. Türkiyə isə bu məsələdə üsyançıların tərəfini saxlasa da son vaxtlar Rusiyaya yaxınlaşdığı hiss olunur.

Mattis Manamada keçirilən illik beynəlxalq təhlükəsizlik sammitində deyib ki, Moskvanın Bəşər Əsədin öz xalqına qarşı cinayətkar hərəkətlərinə məhəl qoymaması, onun əsas mənəvi prinsiplərə sadiq olmadığını göstərir.

O qeyd edib ki, İranın da bu məsələdə Suriya rejimi və Rusiyanı dəstəkləməsi Əsədin hakimiyyətdə qalmasının əsas səbəblərindəndir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 189          Tarix: 27-10-2018, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma