Xəbər lenti

Noyabrın 7-də Polşa və Baltik ölkələrinin ərazisində NATO-nun 10 ölkəsindən 17500 hərbçinin iştirakı ilə manevrlər başlanıb. Bu barədə Polşa Müdafiə Nazirliyi xəbər verib.

Nazirlik bildirib ki, kod adı “Anakonda” olan bu manevrlər Polşa qüvvələrinin keçirdiyi ən böyük hərbi oyunlardır. Təlimdə Polşanın 12500 əsgəri iştirak edir. Başqa NATO üzvlərindən olan 5 min hərbçi Estoniya, Latviya və Litva ərazisdində keçirlən təlimlərə qatılıb.

Manevrlərin planına habelə Baltik dənizində donanma təlimlərinin keçirilməsi daxildir. Noyabrın 16-dək davam edəcək hərbi təlimdə fərdi döyüş birliklərinin qarşılıqlı əlaqəsi məşq olunacaq.

Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən bəri Polşa və Baltik ölkələri Moskvanın yürütdüyü sərt siyasətdən narahatdırlar. Polşa Birləşmiş Ştatlardan ölkədə daha çox Amerika əsgərinin yerləşdirilməsini xahiş edib.

Varşava bildirib ki, Polşa ərazisində ABŞ-ın daimi hərbi bazasının yaradılmasını və ona “Fort Trump” adının verilməsini istəyir. (Azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 8-11-2018, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma