Xəbər lenti

Türkiyədə PKK-ya qarşı aparılan əməliyyatlar zamanı 4 əsgər və bir kənd qorucusu şəhid olub.

Ovqat.com-un sözcü.com.tr-yə istinadən məlumatına görə, Vanın Çaldıran qəsəbəsində üç TIR-ın terrorçular tərəfindən yandırılmasından sonra başladılan əməliyyatlar zamanı 3 əsgər və bir qorucu şəhid olub. 4 əsgər isə ağır yaralanıb. Yaralılar şəhər mərkəzindəki dövlət xəstəxanasına çatdırılıb.

Bununla yanaşı, bir şəhid xəbəri də Hakkaridən gəlib. Hakkarinin Şəmdilli vilayətində bir əsgərin şəhid olması bağlı məlumat yayılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 743          Tarix: 25-05-2017, 18:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma