Xəbər lenti

uenos-Ayresdə keçirilən G20 sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman arasında dialoq diqqət mərkəzinə düşüb.

Strateq.az xəbər verir ki, iki rəsminin mübhəm söhbəti dünya KİV-lərinin ilk səhifələrində yerləşdirilib:

Bin Salman: Narahat olma.

Makron: Narahatam, çünki çox…

Bin Salman: Mənə dedi, təşəkkür edirəm.

Makron: Mən istəmirdim ki…

Bin Salman: Yox…

Makron: Sən heç mənim sözümə qulaq asmırsan.

Bin Salman: Qulağım səndədir. Problem deyil, özüm öhdəsindən gələrəm.

Makron: Mən sözümün ağasıyam.

Bir çox müşahidəçilər bu qısa dialoqda söhbətin Camal Xaşuqcinin öldürülməsindən getdiyini iddia edirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 1-12-2018, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma