Xəbər lenti
Dünən, 19:25

OPEC+ ölkələri nazirlərinin monitorinq komitəsi İran və İraqı quruma qoşulmağa dəvət edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu OPEC prezidenti, BƏƏ-nin energetika naziri Süheyl əl-Mazrui deyib.

“Biz komitədə yeni üzv dövlətlər görə bilərik, bəziləri isə onu tərk edə bilər. Bildiyiniz kimi, OPEC prezidenti həmişə komitəyə qoşulur, indi isə (2019-cu ildən) bizdə artıq komitənin tərkibinə daxil olan yeni prezident olacaq – Venesuela. Odur ki, biz İran və İraq kimi bir sıra ölkələrə komitəyə daxil olmağı nəzərdən keçirməyi təklif etmişik. Lakin biz hələ ki, bu ölkələrin komitəyə qoşulmağa nə zaman maraq göstərəcəklərini gözləyirik”, – deyə əl-Mazrui bildirib.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

 




Ana səhifəyə qayıt        Baxış: 446          Tarix: 8-12-2018, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma