Xəbər lenti
Dünən, 19:25

Çin hakerləri “Marriot İnternational İnc” otel qrupunun serverinə daxil olaraq, şəbəkənin bütün dünyadakı otellərində qalan 500 milyon insanın personal məlumatlarını ələ keçirməyi bacarıblar.

musavat.com xəbəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məqalədə hakerlərin sonuncu hücumunun Çin xüsusi xidmət orqanlarının ABŞ-da kəşfiyyat məlumatlarının toplanması əməliyyatının tərkib hissəsi olduğu vurğulanır. Buraya tibbi sığorta sahəsində, ABŞ şirkətləri haqqında, hətta amerikalıların dövlət sirrinə çıxışına dair hər cür informasiyalar da daxildir.

“NYT” hakerlərin Çinin Dövlət Təhlükəsizlik nazirliyinə işlədiyini qeyd edib.

Hələ bu ilin noyabrında “Marriot” 500 milyona yaxın müştərisinin hakerlərin əlinə keçdiyini etiraf etməli olmuşdu. Otelin qonağı olan 327 milyon şəxsin telefon, pasport seriya nömrələri, elektron poçtlarının ünvanları, bir sözlə, hər şey ələ keçirilib.

 

Hakerlərin müştərilərin bank kartlarına da çıxış əldə etmələri istisna olunmur. Şirkət buna görə müştərilərinin pasport nömrələrini dəyişdirilməsi xərclərini çəkməyə belə razı olduğunu bəyan edib.

“Marriot İnternational” otel şəbəkəsinin əsası 1927-ci ildə qoyulub. Hazırda şəbəkə özündə 130 ölkədə 30 brend adı altında 6,5 min oteli birləşdirir. Şirkətin baş ofisi ABŞ-ın Merilend ştatının Betesda şəhərində yerləşir. Təkcə 2017-ci ildə Marriot-un gəliri 22 milyard dollar təşkil edib.

 

“Marriot” bundan başqa “Bulgari Hotels & Resorts”, “Ritz-Carlton”, “St. Regis”, “Sheraton”, “Autograh” kimi brendlərin sahibidir.

Onu da qeyd edək ki, Bakıda əvvəllər Abşeron mehmanxanası olaraq bilinən otel hazırda “Marriot-Absheron” kimi fəaliyyət göstərir.

 




Ana səhifəyə qayıt        Baxış: 306          Tarix: 13-12-2018, 16:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma