Xəbər lenti

 Başqalarına güvənə bildiyimiz zamanlar geridə qaldı.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel seçki təşviqatı ilə bağlı çıxışı zamanı deyib.

“Başqalarına tam etibar etdiyimiz vaxtlar arxada qaldı. Son zamanlar bunu müşahidə etdim. Biz avropalılar öz taleyimizin həqiqətən sahibi olmalıyıq. Onu bilməliyik ki, bunun üçün mübarizə aparmalıyıq”, - kansler bildirib.

İddia edilir ki, Merkel bu açıqlama ilə Tramp administrasiyası və AB-dən çıxmağa hazırlaşan İngiltərə hökumətinə işarə edib.




Ana səhifəyə qayıt        Baxış: 575          Tarix: 28-05-2017, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma