Xəbər lenti

 

Polşa ABŞ-dan maye qaz idxalı vasitəsilə Rusiyadan aldıqları təbii qazın bahalaşması nəticəsində çəkdikləri zərərin əvəzini çıxmağı hədəfləyir.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşa Dövlət Neft Qaz Şirkətinin (PGNİG – Polskie Gornictwo Naftowe i Gazownictwo S.A.) prezidenti Piotr Vozniak məlumat verib. 
O, “Qazprom”la 1996-cı ildə imzaladıqları sazişin müddətinin 2022-ci ildə başa çatdığını qeyd edib.
Bu il Rusiyanın Sibir yataqlarından idxal etdikləri təbii qazın ötənilkindən xeyli baha olduğunu dilə gətirən PGNİG rəhbəri bu xərclərilə qazın birja qiymətləri arasındakı tərs mütənasibliyinin fəsadlarını ABŞ-dan maye qaz idxalı vasitəsilə aradan qaldırmağı düşündüklərini vurğulayıb.
Bu yaxınlarda PGNİG ilə ABŞ-ın “Cheniere Marketing İnternational” şirkəti arasında imzalanan 24 illik müqavilə 2019-2022-ci illərdə hər il 0,52 milyon ton, 2023-2042-ci ilər ərzində isə hər il 1,45 milyon ton maye qaz tədarükünü nəzərdə tutur. Həmçinin “Venture Global LNG” şirkətilə də 20 il ərzində hər il 2 milyon ton maye qazın Polşaya idxalını nəzərdə tutan müqavilə imzalanıb. ABŞ maye qazının Rusiya təbii qazından 20-30 faiz ucuz başa gələcəyi də bildirilib.



Ana səhifəyə qayıt        Baxış: 412          Tarix: 22-08-2019, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma