ABŞ və Çin arasında ticarət danışıqları əvvəlki kimi sentyabr ayına planlaşdırılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
“Danışıqlar sentyabrda olacaq. Bu, dəyişmədi”, - Tramp jurnalistlərə deyib.
Qeyd edək ki, sentyabrın 1-də ABŞ və Çin ticarət müharibəsi çərçivəsində qarşılıqlı olaraq idxal mallarına əlavə rüsumları tətbiq edib. Vaşinqton 125 milyard dollarlıq Çin mallarına rüsumları 15 faizə qədər yüksəldib. Dekabrın 15-dən isə daha 175 milyard dollarlıq Çin malları barəsində əlavə rüsumlar tətbiq ediləcək.
Pekin isə sentyabrın 1-dən 75 milyard dollarlıq Amerika mallarının idxalına 10 fazilik əlavə rüsumlar tətbiq edib. Çin dekabrın 15-dən ABŞ-dan idxal edilən avtomobillər və ehtiyat hissələrinə tətbiq olunan rüsumları 25 faizə qədər yüksəldəcək.
Qeyd edək ki, ölkələr arasında ticarət müharibəsi artıq 1,5 ildir davam edir.
Paylaş: