Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Qabil Hüseynli: “Görülən işlərə kölgə salmaq niyyətləri var”
2000-ci ilin sonlarında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı planlaşdırılan uğursuz sui-qəsd planı haqda məlumatlar yenidən mətbuatın gündəminə qayıdıb. Həmin səfər zamanı qonşu dövlətin prezidentinə sui-qəsdin planlanması haqda Rusiyanın “5-ci kanal”ında yayımlanan Andrey Karaulovun müəllifi olduğu “Həqiqət anı” verilişində yer ayrılıb.
İllər öncə yayımlanan proqramda verilişin aparıcısı indiyə qədər Kremlin sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdin təşkil olunduğunu söyləyib. Sui-qəsd yerlərindən biri kimi Bakı göstərilib. Verilişin Putinə qarşı Bakı sui-qəsdi barədə hissəsində Heydər Əliyevin Rusiya mətbuatına verdiyi açıqlama da yer alıb. 2002-ci ildə alınan müsahibədə H.Əliyev Putinə sui-qəsdə qarşı lazımi tədbirlərin görüldüyünü bildirib. Həmin müsahibədən aydın olur ki, sui-qəsd planı 2000-ci ilin sonlarında Putinin Bakıya səfəri zamanı planlanıbmış.
Həmin müsahibədən sitat: “Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmırdıq. Onsuz da FSB bilirdi. Putinin Bakıya uçuşundan əvvəl onlar bilirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun həyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb”.
Verilişdə həmçinin o dövrdə Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Namiq Abbasovun 2003-ci ildə verdiyi müsahibə yer alıb. Abbasov çıxışı zamanı Putinə qarşı sui-qəsdi planlaşdıran terrorçu haqqında məlumat verib: “Bu, Milli Təhlükəsizlik Nazirliyinin builki fəaliyyətində ən gərgin iş idi. Bu şəxs İraq vətəndaşı Kənan Əhməd Rüstəmdir. O, həm Əbdürrəhman Buxari, həm Əbusəid Kürdi, həm də Kənan Əhmədoviç Maqomedov idi. Bu ləqəblərlə o, terrorçular dünyasında məşhur idi. Bu şəxs Əfqanıstan və Çeçenistanda təlim keçmişdi. O, çeçenlərlə bir yerdə vuruşmuşdu. Dəqiq demək mümkün deyil ki, o, nə zaman Putinə qarşı sui-qəsd planını hazırlayıb. Bu şəxsdə çoxlu sayda partlayıcı maddələr vardı. Bu, çətin sistem idi. İndiyə qədər bizim mütəxəssislər əldə hazırlanan partlayıcı qurğular arasında beləsini görməmişdilər. Sözügedən şəxs bombanı yerləşdirərək onu telefon vasitəsilə partlatmağı planlaşdırırdı. O, Putini məhz Bakı səfəri zamanı qətlə yetirmək istəyirdi”.
Verilişdən belə aydın olur ki, Putin terrorçu-kamikadze tərəfindən sui-qəsdə məruz qalmalı imiş. Amma xüsusi xidmət orqanları onu vaxtında zərərsizləşdirə biliblər. Karaulov verilişdə Rüstəmin indiyə qədər Azərbaycanda, Bakının 42 kilometrliyində yerləşən həbsxanalardan birində saxlanıldığını da açıqlayıb: “Azərbaycanda ömürlük məhbusların saxlandığı bir həbsxana mövcuddur və Bakının yaxınlığındakı Qobustan qəsəbəsində yerləşir. Elə buna görə də Qobustan həbsxanası adı ilə məşhurdur”.
Bəs Karulovun 2008-ci ildə təqdim etdiyi verilişin indi, üstündən 9 il ötəndan sonra yenidən gündəmə qaytarılması kimə, niyə lazımdır? Azərbaycan üçün həssas dönəmdə belə məlumatların yayılmasını təsadüf hesab etmək olarmı?
Politoloq Qabil Hüseynli deyir ki, Putinə zaman-zaman sui-qəsd cəhdləri olub. Yada salır ki, sonuncu belə cəhd İstanbulda “G-20" sammiti keçirilərkən qeydə alınıb: ”Sui-qəsd İŞİD tərəfindən hazırlanmışdı. Türkiyənin xüsusi xidmət orqanları sui-qəsd planını vaxtında üzə çıxarıb tədbir gördülər. Yəni Putinin müxtəlif xarici səfərləri həm də terror qruplaşmalarının hədəfində olur. Ona sui-qəsdlər planlanır. Amma xüsusi xidmət orqanları bu sui-qəsd planlarının üstünü açır və ya başqa səbəblərdən belə planlar gerçəkləşdirilə bilmir. Bu nöqteyi-nəzərdən Putinin Azərbaycana uzaq 2000-ci ilin sonlarındakı səfəri zamanı sui-qəsd planı haqda məlumatların dövriyyəyə girməsini təsadüfi hesab etmək olmaz".
Politoloq deyir ki, bu məsələnin yenidən gündəmə gətirilməsi Azərbaycanı istəməyən qüvvələrin sifarişi ola bilər: “İllərdir Azərbaycan bir-birinin ardınca keçirilən və bütün dünyada maraqla izlənən tədbirlərə ev sahibliyi edir. ”Evrovision" yarışması, Avropa Oyunları, İslam Həmrəylik Oyunları bütün dünyada maraqla izlənirdi, ölkəmizə həmin tədbirləri izləmək üçün dünyanın 4 bir tərəfindən xeyli insanlar gəlib. Son belə tədbir Bakıda 4-cü Humanitar Forumun keçirilməsi oldu. Forumda sabiq prezidentlər, baş nazirlər, hökumət üzvləri iştirak edirdilər. Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm bir mərkəzə çevirilib. Bütün bu tədbirlərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olub, heç bir fövqəladə hadisə baş verməyib. 2000-ci ildə Azərbaycana səfəri zamanı Putinə sui-qəsd planının olması haqda məlumatların indi gündəmə gətirilməsi kimlərinsə Bakının beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi populyarlaşmasına qarşı olduğunu göstərir. Görülən işlərə kölgə salmaq niyyətləri var".(musavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar