Xəbər lenti

 Rusiya Prezidenti Vladimir Putin Ukraynanı Qərbin əlinə könüllü şəkildə verməyəcək.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı ekspert Andrey Piontkovski söyləyib.

“Fransanın yeni prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkel və ABŞ Prezidenti Donald Trampla birgə Rusiyaya qarşı sərt sanksiyalar irəli sürə bilərlər. Onlar həmçinin Putinin və digər rus rəsmilərinin də hesablarını yaya bilərlər. Bununla Qərb Kremlin öz ordusunu Ukraynadan çıxarmaq fikrini sürətləndirər. Putinin özü könüllü şəkildə Ukraynadan əl çəkməyəcək. Ukraynadan rus ordusunun çıxarılması saray çevrilişi nəticəsində baş verəcək. Yəni oliqarxlar Putinsiz onlar üçün daha yaxşı olacağını düşünəcəklər”, – deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 945          Tarix: 12-05-2017, 08:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma