Xəbər lenti

 

“Volkswagen Group” şirkəti Rusiyada 6 mindən çox “Audi” markalı avtomobili geri çağırıb.

Rusiya KİV xəbər verir ki, qərar bir neçə qüsurun qeydə alınması ilə əlaqədardır.

Belə ki, 6679 avtomobil qanad altlığının fiksatorunda qeydə alınan qüsurlarla əlaqədar, daha 3 avtomobil ön panellərin dəyişdirilməsi məqsədilə geri çağırılıb.

Qeyd edək ki, geri çağırılma 2017-2019-cu illər arasında Rusiyada satılmış A5 modellərinə şamil olunur.

Xatırladaq ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.\\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 335          Tarix: 3-09-2019, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma