Xəbər lenti

Qərb mediasının bu yay proqnozlaşdırdığı Ukrayna ilə Rusiya arasında atəşkəs əsas şərtlərin olmaması səbəbindən baş tutmadı.

Musavat.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov İtaliyanın "Il Foglio" nəşrinə müsahibəsində deyib.

Budanov atəşkəsin mümkün olduğunu təsdiqləyib, lakin bunun üçün Ukrayna daxilində, Rusiya daxilində və qlobal qərarlara təsir edən müttəfiq ölkələr arasında amillərin sinxron şəkildə uyğunlaşdırılması tələb olunur.

“Yalnız planlaşdırılan anda bu elementlərin dəqiq birləşməsi nəticə verəcək. Əks təqdirdə, müharibə davam edəcək”, - deyə o vurğulayıb.

Kəşfiyyat rəhbəri müsahibəsində həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinə münasibəti barədə fikir bildirməkdən yayınaraq, Rusiyanın və Çinin hələ də dünya gücləri olaraq qaldığını qeyd edib:

“Rusiya iqtisadi baxımdan çox şey ifadə etmir, lakin hərbi gücə malikdir. Çin isə həm iqtisadi, həm də hərbi qüdrəti özündə birləşdirir”, - Budanov bildirib.




Ana səhifəyə qayıt        Baxış: 40          Tarix: Bu gün, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma